"Bütün gecə onun üçün dua etdim" - Mətanətin qalmaqallı gəlinindən GÖZLƏNİLMƏZ SÖZLƏR
    • 3-05-2021, 11:13
    • 703

"Bütün gecə onun üçün dua etdim" - Mətanətin qalmaqallı gəlinindən GÖZLƏNİLMƏZ SÖZLƏR

Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirusa yoluxub. Müğənninin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.

News24.az-a açıqlama verən M. İsgəndərlinin keçmiş gəlini Canana hər kəsdən eks-qayınanası üçün dua etmələrini istəyib: "Mən heç kiminlə düşmən deyiləm. Allahdan Mətanət xanıma şəfa dileyirəm. Ən azından uşaqlarımın nənəsidir. Bütün gecə uşaqlarımla birgə onun üçün dua etmişik. Qürbətdə olduğu üçün çox pis oluram. Bu mənə pis təsir etdi. Azərbaycanda olub bu xəstəliyə yoluxsaydı, bəlkə yanında ola bilərdik, amma kənarda olmaq çox çətindir. Çox istəyirəm ki, tez sağalsınlar".

Canana onu da vurğulayıb ki, M. İsgəndərli hazırda reanimasiya şöbəsinə yerləşdirilib: "Mətanət xanımın vəziyyəti ağırlaşdı. Az öncə Kərimlə yazışdıq dedi ki, yatırıq. İkisi də həkim nəzarəti altındadır".

Müğənnin keçmiş gəlini bildirib ki, həyat yoldaşı ilə boşanma məhkəməsi davam edir: "Problemlər yaşadıq və düşünürəm ki, hər bir şey məhkəmə yolu ilə həll olunacaq. Yaşadıqlarımın sağlamlıqları ilə heç bir əlaqəsi yoxdur. İnsanlığımı göstərdim və onlar üçün dua istədim. Onları heç vaxt bağışlamayacağam, çünki çox əziyyət çəkmişəm. Amma xəstə olmalarını da istəmərəm. Mətanət xanımla Kərim Bakıya qayıdandan sonra yəqin uşaqları ziyarətlərinə göndərərəm. Çünki, uşaqlarım onlarla əlaqəni kesməyiblər. İstəyirəm ki, mehribançılıq olsun. Mətanət xanım tez-tez nəvələrinə hədiyyələr göndərir, ataları da aliment və digər maddi problemlərini qarşılayır. Özüm isə hazırda maddi çətinliklər yaşayıram. Ev sahibi sağ olsun, bizə güzəştlik elədi. Hələ ki, kirayə pulunu ödəyə bilməmişəm".