-
- 3-05-2021, 14:44
- 1 810
"On il məni yada salmayanlar hər ehtimala qarşı zəng edib deyirlər ki..." - EMİN MUSƏVİ - VİDEOMÜSAHİBƏ - FOTOLAR
Bu dəfəki qonağımız daha çox səsi və görünüşü ilə yadda qalan Emin Musəvidir. Yaradıcılıq yolunu ilk radio, daha sonra televiziyadan salan tanınmış aparıcı bir çox maraqlı, fərqli layihələrə həyat verib. Hazırda "Asan radio"nun rəhbəri olan Musəvi ilə bir çox məqamlardan danışdıq. Radio, televiziya, jurnalistika, sosial şəbəkələr və sairə.
Amma bu da son deyil.
Daha ətraflı Emin Musəvinin News24.az-a verdiyi müsahibədən biləcəksiniz:
- Dövrün ən tələbatlı və reytinqli aparıcılarından biri idiniz. Amma sonra efirdən uzaqlaşdınız...
- Sözün açığı, reytinqin necə ölçüldüyünü bilmirəm. Ona görə həqiqətən də populyar və reytinqli aparıcılardan olmuşam, ya yox, bunu deyə bilmərəm. O ki qaldı, az görünməyimə, yalnız televiziyanı nəzərdə tutursunuzsa, razıyam, nisbətən az görünürəm. Əslində müxtəlif video layihələrimiz olur. Bununla paralel AzTV ilə birlikdə “Asan həyat” layihəsini də gercəkləşdiririk, hətta bir neçə buraxılış artıq efirdə yayımlanıb. Amma mənim əsas işim radiodur. Televiziyaya da radiodan sonra gəlmişəm. Beş il radioda işləyəndən sonra efirə çıxdım. O dövrlərdə də daha çox teleaparıcılar məşhur olurdu. Amma son illər fəaliyyətim tək aparıcılıqdan ibarət deyil. Medianın menecmentliyi, xüsusilə də radio və müxtəlif televiziya layihələri ilə məşğulam. Bu, öz seçimimdir. Görünür, radionu daha çox sevirəm.
- Sizcə, tamaşaçılar efirdəki Emin Musəvi üçün darıxır?
- (Gülür) Onu deyə bilmərəm. Amma efirdə olmadığım zamanlarda hər zaman tamaşaçılardan xoş ismarıclar almışam. Xüsusilə də, sosial mediada tez-tez bu haqda sualları ünvanlayırlar. Bu emosional yanaşmadır, amma mənim üçün çox dəyərlidir. Deməli, bu illər ərzində mən komandamla birgə nələrsə edə bilmişəm. Dediyim kimi, bu xoş haldır, amma keçmişdə qalmaq olmaz, həyat mütləq davam etməlidir.
- Radioya rəhbərlik etmək yaradıcılığa mane olmurmu?
- Bir az maneçilik törədir. Həm kontent, həm də yaradıcılıqla məşğulam. İnformasiyadan tutmuş digər layihələrə qədər hamısına yetişməyə çalışıram. Eyni zamanda administrativ məsələlərə zaman ayırmalıyam. Əslində, onlarla məşğul olmaq istəməzdim, amma bu olmasa mümkün deyil. Hər şey kompleks şəklində olmalıdır. İnsan gərək vaxtını elə paylaşdırsın ki, hər şeyə çata bilsin.
- Sizcə, indi radioya tələbat var?
- Kifayət qədər. Azərbaycanda 13 radiostansiya var. Aralarında ən yenisi “Asan radio”dur. 100 FM beş ildən çoxdur ki, yayımlanır. Bizim radio birbaşa Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan yeganə ənənəvi mediadır. Bizim əsas məqsədimiz dövlət xidmətləri sahəsində ixtisaslaşan bir radio kimi xidmətlərdən danışmaqdır. Bu, bizim prioritetimizdir. Bununla yanaşı, Vətən, dövlətçiliklə bağlı məlumatları insanlara daha asan dildə çatdırırıq. Ən vacib məqamlardan biri də dinləyicini marifləndirməkdir. Əgər “Asan radio” hər hansısa məlumatı çatdırırsa, deməli, o dəqiqdir və inanmaq olar. Ona görə də, hesab edirəm ki, radio çox aktualdır. Hətta maşınlarda artıq FM yox, dijital radio da mövcuddur. Amma düşünürəm ki, FM radionun ömrü hələ uzun olacaq. Nə qədər ki, yollarda tıxac və sıxlıq var, radio aktual olaraq qalacaq. Radio yol, nəqliyyat mediasıdır. Operativ və dəqiqdir. Bu, bir ənənədir. Ona görə də deyərdim ki, radio televiziyadan daha aktualdır. İndi xüsusilə də gənclər düşünür ki, bütün məlumatı ancaq sosial şəbəkədən almaq olur, amma bu, doğru deyil. Bugünki dövrdə bütün medialar bir-birini tamamlayır. Xüsusilə də, İkinci Vətən Müharibəsi zamanı radio daha da aktual oldu. Çünki bir çox qazilərimiz vurğulayırdılar ki, Qarabağda Ali Baş Komandan İlham Əliyevin əsas çıxışlarını radiodan dinləyirdik. Hətta ermənilərin “Şuşa həbsxanası”nda saxladığı azərbaycanlılar gizli yolla da olsa, radioya qulaq asırmışlar. Özüm də sonra ora gedəndə gördüm ki, çox təmiz radio siqnalı var.
- "Asan radio"nun rəqibi var?
- Bütün radiolar sağlam rəqabət aparır, amma “Asan radio”nun formatı unikal olduğu üçün nə Azərbaycanda, nə də dünyada alternativi yoxdur. Hətta bəzən bizə aid olmayan funksiyaları da biz artıqlaması ilə görürük. Bunu biz heç kim demir ki, bunu əlavə edin, özümüz bu işlər görürük.
Radiomuzda ancaq keyfiyətli mahnılar səslənir. Daha çox milli musiqilərə yer veririk, amma bəzən xarici mahnıları da yayımlayırıq. Əsas çalışırıq ki, dinləyicini yormayaq. Bunun üçün də uzun verilişlər hazırlamırıq. Əsasən qısa buraxılışlarla dinləyicilərimin qarşısına çıxırıq. 40 saniyə, 1 dəqiqə ərzində çətin suallara cavab veririk.
- Kimlərin ifaları radionuzda səslənmir? "Asan radio"nun "qara siyahısı" varmı?
- Qətiyyən! Bizdə belə qeyri-sağlam yanaşma yoxdur. Mahnılarla bağlı qərarı tək mən vermirəm. Yaradıcı heyət, musiqili redaktorla birgə qərar verilir. Əsas mahnının keyfiyyətinə baxırıq. Bir neçə dəfə olub, müraciət edilib, baxmışıq ki, mahnının ya sözlərində, ya da musiqisində problem var, onu yayımlamamışıq. Çünki keyfiyyətsiz idi. Amma hansısa müğənni ilə prinsip aparaq, onu kiminsə toyuna, ad gününə, tədbirinə çağıraq və o gəlməsin, biz də öz aləmimizdə güya onunla prinsip aparıb mahnısını səsləndirməyək, belə bir şey heç vaxt ola bilməz. Düşünürəm ki, bu təkçə bizdə yox, heç bir ənənəvi mediada olmamalıdır. Sənətçilərimiz də bunu bilirlər.
- İstənilən ifaçı pulunu ödəsə, mahnısı "Asan radio"da səslənə bilərmi?
- Bilirsiniz, mahnı bizim üçün indi prioritet deyil. Əgər keyfiyyətli təklif olarsa, onu rəsmi qaydada reklam şərtləri ilə götürərik.
- Evinizdə hansı telekanalı izləyirsiniz və avtomobilinizdə hansı radionu dinləyirsiniz?
- Daha çox "Asan radio"nu dinləyirəm. Amma hərdən digər radiolara da qulaq asıram. Xüsusilə də, monitorinq aparmaq istəyəndə həmkarlarımızı dinləyirəm. Bəzən də xarici mahnılara qulaq asmaq üçün “AVTO FM”, “Media FM”ə qulaq asıram. Yənu bu, birbaşa əhavlımdan aslıdır. O ki, qaldı telekanallara, mənim üçün fərqi yoxdur, əsas maraqlı olsun. Amma müqayisədə daha çox “Asan həyat” verilişini izləyirəm. Yəni özümüzə baxıram. (gülür)
- Ancaq öz verilişinizə baxırsınız?
- Yox, yeganə bu proqram deyil. Amma yəqin ki, əvvəldən sona qədər izlədiyim tek veriliş budur. Müxtəlif kanallarda xəbərlərə baxıram. Bəzilərinə həddindən artıq çox şou və bəsitlik qatırlar, bu da qıcıq yaradır. İnformasiya şousu bizə Amerika və Türkiyədən gəlib. Demirəm ki, olmamalıdır, amma hər şey qədərində olsa daha yaxşıdır. İnformasiya şousu düzgün olmalıdır. Elə xəbər ola bilər ki, onu ana buraxılışında yayımlamaq, qlobal problem kimi işıqlandırmaq olmaz. Buna görə də, bəzi özəl kanallarda xəbərlərə baxmıram. Amma nisbətən yeni və çox aktiv media qurumları var. Məsələn, “Real TV”, “ARB 24”. “ARB 24”ün görüntüsü çox xoşuma gəlir. Rənglər çox yaxşıdır və hiss olunur ki, texniki avadanlıqlar yenidir.
- Bəs, illərlə çalışdığınız ATV-ni izləyirsiniz?
- Bəli. Ordan da hərdən məni dəvət edirlər, sonra təkrar verəndə baxıram. (gülür) ATV-nin xəbərlərinə baxıram. Amma məqsədyönlü deyil, arada qarşıma çıxanda izləyirəm. Ənənəvi medianın çox məşhur zamanları yadımdadır. 15 il bundan öncə Əhliman Əmiraslanovla çox maraqlı bir veriliş çəkmişdik. O zamanlar Əhliman müəllim Tibb Universitetinin rektoru idi. Onunla evində, bağında, iş yerində çəkilişlər elədik. Bağında qeyri-rəsmi söhbət etdik, kabab bişirdik. Bir neçə gün sonra Misir Mərdanov məni görəndə dedi ki, “hə, o gün Əhliman müəllimlə kabab çəkirdiniz”. O vaxtlar Misir müəllimlə Əhliman müəllim çox yaxın dost idi. O buraxılışdan sonra çoxlu zənglər gəldi. Yəni insanlara maraqlı gəlirdi. Yaxud da, elə vaxt olub, gecə saat 1-də AzTV-də verilişimizin təkrarı yayımlanıb. Düzünü desəm, o vaxtda niyə yayımlanır, özüm də bilmirəm, çünki hər kəs yatır. (gülür) Bu zaman bir dostum mənə ekrandan çəkilən bir şəkli “screen” edib göndərib. Özüm də təəccübləndim, çünki düşünürdüm ki, o yalnız xarıcı kanalları izləyir.
- Amma insanların bir çoxu televizora baxmırıq, deyirlər...
- Zənnimcə, bu, doğru deyil. “Asan könüllüləri” layihəsi çərçivəsində bizə çox sayda gənclər müraciət edirdi. Maraq üçün onlar arasında sorğu keçirdim və soruşdum ki, neçə nəfər televizora baxır? 30 nəfərdən 6-sı əlini qaldırdı. Onların da bir qismi ona görə baxır ki, evlərində yaşlı və orta yaşlı nəslin nümayəndələri var. Yəni nənələri, babaları, ana- ataları televizora baxırlar. Bu da yemək yeyə-yeyə baxmağa məcbur olur. (gülür) Amma bölgələrdə daha çox televizora baxılır. Əgər hər hansısa televiziya, radio bir məlumatı verirsə, onun çəkisi daha ağır olur. Ona inam daha çoxdur, nəinki sosial şəbəkələrdəki bloggerlərə. Xüsusilə də, bunu müharibə və pandemiya dövründə daha aydın gördük. Yadınızdadırsa pandemiyanın ilk vaxtlarında nə qədər yalnış məlumatlar yayıldı. Gah yazdılar ki, bu gündən qapanma olur, gah dedilər, bu gecədən 8103 sms xidməti aktiv olacaq. Yenə də dediyim kimi, belə yalan xəbərlər ancaq internetdə yayıldı. Mən köhnə düşüncəli deyiləm, özüm də sosial şəbəkə istifadəçisiyəm, hətta “Tik-tok”da işlədirəm. Amma reallıq budur. İlk günlər Azərbaycan kontentinə baxdım, bir eksperiment keçirtdim. Daha sonra bununla bağlı fikirləri bir videoda cəmlədim və onu çəkib paylaşdım. Həmin videoya 100 mindən çox adam baxmışdı. Təəssüratlarım şok idi. Qısa zaman kəsiyində bu qədər söyüş və mənfi rəy görməmişdim.
- Televiziya rəhbəri olmaq istəyərdinizmi? İndiyədək belə təklif almısınız?
- 10 il bundan öncə bəlkə də istəyərdim. Çünki o dövrdə televizora daha çox baxırdılar. Həm də televiziya tək romantika deyil. Bu həm də biznes kimi də çox böyük məsuliyyətdir. İndiki zamanda ənənəvi mediaya vəsait cəlb etmək daha çətindir. Məsələn, 2012-ci ildə Azərbaycanda elə kanallar var idi ki, hər ay ona 1 milyona yaxın vəsait gəlirdi. Amma televiziyaların xərcləri də böyükdür. Ona görə də, bəzən düşünürəm ki, sərbəst işləmək daha asandır. Əgər düşünürsünüzsə ki, televiziya, radioda menecment təcrübəsi olan şəxslər oturub gecə-gündüz gizli-gizli rəhbər olmaq xəyalı qurur, bu, belə deyil.
- Amma "Space TV"yə rəhbər təyin olunacaq namizədlər arasında Sizin də adınız hallanır..
- Elə bir şey yoxdur, şayiədir. Bir neçə telekanalda yer boşalan kimi, nədənsə zəng edib məni təbrik edirlər. (gülür) Hətta 10 il məni yada salmayanlar hər ehtimala qarşı zəng edib xəbərin nə dərəcədə doğru olduğunu öyrənməyə çalışırlar.
- İstərdim bir az da Ağdamdan danışaq. İllər sonra yenidən doğma torpağa ayaq basmaq necə bir təəssürat idi?
- Çox qəribə bir hissdir. Cəbrayıl işğaldan azad olunan kimi, xarici jurnalistlərlə ora getdim. Mənim bir tərəfim Ağdamlı, bir tərəfim də Şuşalıdır.
Üç il öncə bizə desəydilər ki, yalnız 10 kənd işğaldan azad olunur, o anda böyük bir bayram yaşayardıq. Amma bu gün görün, necə böyük bir qələbəyə imza atdıq. Qarabağın geri qayıtmasını görmək ən böyük arzum olub və nə xoş ki, ona çatdım. Buna görə çox xoşbəxtəm. İnanın, heç vaxt bahalı həyat, dünyanı gəzməyi arzu etməmişəm. Baxmayaraq ki, işimlə bağlı dünyanın yarısını gəzmişəm.
Ermənilər bizim uşaqlığımızı əlimizdən aldılar, oğurladılar. Ona görə də, illər sonra o torpaqları görmək mənim üçün çox böyük bir hadisə idi.
- Evinizi tapa bildinizmi?
- Çox böyük çətinliklə də olsa, tapdım. Bir detalla tanıdım. Ev 19-cu əsrin ortalarına aiddir. İlk olaraq orda yaşayan yaşlı qohumlara evimizin şəkillərini göndərdim, amma onlar tanımadılar. Amma sonra məndən yaşda böyük digər qohumlarım təsdiq elədilər ki, bu ev bizimdir. Çünki tanınmaz hala düşmüşdü.
- Nə xoş ki, artıq övladlarınız da o torpağa ayaq basa biləcək...
- Bəli, buna görə çox xoşbəxtəm. Təzə-təzə gedəndə uşaqlar çox sual verirdilər ki, hara gedirsən? Deyirdim ki, Qarabağa. Və artıq qızlarım da ora getmək istəyirlər. İnşallah qismət olar, onları da dədə-baba yurdumuza apararam.
- Qızlarım demişkən, Emin Musəvi necə bir atadır?
- Mən evə gələndə yəqin ki, ən hörmətsiz insan oluram. Çünki, bizim uşaqlar dərhal salam vermək yerinə məndən onlara nə gətirdiyimi soruşurlar. (gülür) Bilmirəm necəyəm, amma düşünürəm ki, vaxtı gələndə onlar qiymət verəcəklər. Amma çalışıram uşaqları demotivasiya eləməyim. Bizdə tərbiyə çox ciddi idi. Nə xətrimə dəyirdisə, onu psixoloji travma, qlobal problem kimi qiymətləndirirdim. (gülür) Çalışıram uşaqlarıma bunu eləməyim. Daha çox onları maraqlandıran məsələləri a başa salmağa, həvəsləndirməyə çalışıram. Onların rahat, xoşbəxt böyümələri üçün əlimdən gələni edirəm.
- Övladlarınızın davamçınız olmasını istəyərdinizmi?
- Nədənsə çox zaman orta və çox yaşlı insanlar öz peşələrini övladlarına ötürülməsini istəmirlər. Biz həyatımız boyunca bir neçə mühüm qərar veririk. Bu, təhsil, iş, şəxsi həyatımız və dostlarımızla bağlıdır. Bu qərarlarda əsas odur ki, nəticə uğurlu olsun. Əgər işini sevib, uğurlu olacaqsa, deməli, xoşbəxt olacaq. Ona görə də, heç vaxt kiminsə verdiyi qərara təsir göstərməyə çalışmamışam.
- Deyirlər, Emin Musəvinin səsi 500 manatdır...
- Radiomuzun işi üçün pulsuzdur, amma kənara çıxanda artıq qonorarla çalışıram. Amma 500 manata razılaşmıram. Çalışıram ki, qiymət daha yüksək olsun. Bir dəfə mənə bir xanım zəng etmişdi, özü də şirkət rəhbəri idi. Məndən rus və azərbaycan dilində reklamı neçəyə oxuyaram deyə soruşdu. Dedim ki, dostlarımızın xahişi ilə 1000 manata oxuyaram. Çox təəccübləndi. Dedi, biz elə videoya bu məbləği vermişik.
Bilirsiniz, mən hər yerdə oxumuram. İstəmirəm hər yerdən səsim gəlsin. Ona görə də aşağı qiymətə razılaşmıram. Və bu, mənim əsas qazanc mənbəyim deyil. Əsas qazanc yerim olsaydı, bəlkə də 100-200 manata oxuyardım. Bu məsələdə hər zaman seçim edirəm. Elə şirkət var ki, onlar üçün heç nə səsləndirmərəm.
- Peşəkar aparıcısınız. Sizcə, toylara getmək peşəkarlıq statusunu aşağı salmır?
- Məncə, hər şeyi bir rakursdan görmək düzgün deyil. Əgər biri toya gedirsə, o demək deyil ki, sanballı deyil. Səni bir aparıcı kimi böyük məclislərə dəvət edirlərsə, niyə də getməyəsən? Bizim üç-dörd əsas xanım və bəy aparıcımız var ki, onlar kifayət qədər yüksək məbləğdə toy idarə edirlər. Mən də onların arasındayam. Ölkənin ən təlabatlı, sevilən, hətta televiziya rəhbərləri toy məclislərini aparır. Burda peşəkarlığa xələl gətirəsi nə var ki... Birincisi, bu mənim işimdir, ikincisi maddi baxımdan sığortadır. Həm də nəzərə alsaq ki, Azərbaycanda media sahəsi elə də çox gəlirli yer deyil. Bir çox hallarda insanlar televiziya və radioda fədakarlıqla məşğuldur. Yəni işlərini sevidkləri üçün bunu edirlər.
Amma qərara almışam, inşallah pandemiya bitəndən sonra yalnız yaxın dostlarımın toylarında açılış edəcəm. Onlar əvvələr özləri üçün xahiş edirdilər, indi də uşaqları üçün istəyirlər. Bir dostum məndən toylara icazə veriləndə övladının xeyir işini aparmağımı istəyib, amma razılaşmamışam. Çünki orda qonaq kimi iştirak etmək istəyirəm. Amma düşünürəm ki, toyun əvvəlində çıxıb qəşəng bir təqdimat edə bilərəm. Onsuz da toy kassetində ən çox elə ilk dəqiqələrə baxılır. (gülür)
- Qonorardan asılı olmayaraq toylara getməyəcəksiniz?
- Heç vaxt, heç vaxt demək olmur, amma üçqatını versələr, bəlkə düşünərəm. (gülür) Həm də artıq bunun üçün vaxt da yoxdur. Özümə 10 il öncə söz vermişdim ki, müəyyən yaşa qədər bunu edəcəm. Sentyabrda 45 yaşım olur, məncə, bəsdir.
Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov