-
- 25-12-2019, 17:05
- 678
Azərbaycanın ən unikal radiosu - MAARİFLƏNDİRİCİ, PEŞƏKAR, ASAN
Ötən gün ASAN Radio 4 yaşını qeyd edib.
News24.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Bu, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan "ASAN Radio"ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib.
Radionun rəhbəri, teleradio aparıcı Emin Musavi görülən işlər barədə, həmçinin də "FM" ifadəsinin anlamından danışıb: "Biz bunu kreativ olaraq belə adlandırmışıq - F" faydalı, "M" isə məlumat deməkdir. Bu illər ərzində böyük uğurlara imza atmışıq. İlk növbədə əsas məqsədimiz marifləndirici, faydalı məlumatları dinləyicilərimizə çatdırmaqdır. Hər zaman çalışmışıq dövlət xidmətləri haqında məlumatları asan dildə təqdim edək və bu baxımdan radiomuz çox unikal şəkildə formalaşıb. Yeni qərarları, sərəncamları, fərmanları geniş auditoriyaya asan dildə çatdırırıq. Hətta gündəlik həyatda rastlaşdığımız sosial problemləri, həmçinin də digər qlobal məsələləri sadə formada dinləyicilərimizin diqqətinə çatdırırıq. Biznes qaydaları, rəsmi qurumların açıqlamalarını daha tez anlaşılacaq şəkildə ifadə edirik".
Emin Musavi həmçinin qeyd edib ki, "Asan Radio" bir sıra dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə də əməkdaşlıq edir: "Bir sıra sosial, tarixi, mədəni layihələr də təqdim edirik. Çalışdığımız kompaniyalarla ancaq reklam çarxını yerləşdirmək üçün əməkdaşlıq etmirik. Çünki bu bizim konseptə aid deyil. Şirkətlərin fəaliyyəti ilə bağlı ətraflı məlumat veririk, iş prinsipini, məhsulunun keyfiyyəti haqda dinləyiciləri məlumatlandırırıq. Onlarla ortaq layihələr edirik. Eyni zamanda bu illər ərzində Avropada, Amerikada təcrübə mübadiləsi proqramlarında iştirak etdik. Milli musiqi biz də prioritetdir. Əsas meyarımız səslənən musiqinin keyfiyyətli, zövqlü olmasıdır".
Radionun rəhbəri gələcək işlərindən də söz açıb: "Biz bölgələrimizdə də yayımlanırıq. 92,7, 96,5 və 100 FM dalğası. Əsas məqsədlərimizdən biri ordaki sakinlərimizlə sıx çalışıb, onların gündəlik həyatlarında yaranan problemləri işıqlandırıb, faydalı olmağımızdır. Rayonlarımızda tez-tez oluruq. Orda müxtəlif layihələr, tədbirlər, konsertlər edirik. Müğənnilərimizlə, aktyorlarımızla ASAN Həyat komplekslərində görüşlərlər keçirdirik. Buna görə də gələcəkdə çalışağıq ki, bölgələrimiz üzrə işlərimizi daha da genişləndirək. Faydalı, uğurlu və maraqlı olaq".
Sevda Bayramova