Lavrovun Ermənistan səfərinin gündəliyi AÇIQLANDI
    • 5-05-2021, 11:42
    • 482

Lavrovun Ermənistan səfərinin gündəliyi AÇIQLANDI

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinin gündəliyi məlum olub.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, mayın 6-da iki ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü baş tutacaq. Daha sonra isə nazirlər birgə mətbuat konfransı ilə çıxış edəcəklər.

Səfər zamanı Rusiya XİN başçısı Ermənistanda Baş nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyanla görüşəcək.