Türkiyədə casusluqda şübhəli bilinən daha 9 hərbçi HƏBS EDİLDİ
    • 5-05-2021, 14:17
    • 407

Türkiyədə casusluqda şübhəli bilinən daha 9 hərbçi HƏBS EDİLDİ

Türkiyənin hüquq-mühafizə orqanları müdafiə sənayesindəki casusluq işi ilə bağlı istintaqı genişləndiriblər.

News24.az TRT-yə istinadən xəbər verir ki, bundan öncə saxlanılan onlarla şəxsdən əlavə daha bir neçə nəfərə qarşı da ittiham irəli sürüb.

İstintaqın bu mərhələsində ikisi Müdafiə Sənayesi Müdirliyində (SSB) işləyən doqquz nəfərin həbs olunmasını əmr edilib.

Həbs olunanların arasında istefada olan polkovnik, vəzifədə olan və sabiq polkovniklər, zabit, mayor və üç özəl sektor əməkdaşı var.

Eyni zamanda altı nəfərin həbs olunduğu, daha üç nəfərin isə axtarıldığı bildirilir.

Onların hamısı gizli məlumatları xarici agentlər və şirkətlərlə paylaşmaqda günahlandırılırlar.