Məişət tullantılarının emalı sexində faciə - FƏHLƏNİN QOLU KƏSİLDİ
    • 7-05-2021, 12:28
    • 384

Məişət tullantılarının emalı sexində faciə - FƏHLƏNİN QOLU KƏSİLDİ

Mayın 6-da saat 15 radələrində Ağdaş rayonu, Qarağan kəndi ərazisində yerləşən sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilmişdir ki, İlkin Məcidov məişət tullantılarının emalı və plastik məmulatları sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət alıb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.