Veteranlarla görüş keçirildi - FOTO
    • 8-05-2021, 09:56
    • 425

Veteranlarla görüş keçirildi - FOTO

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 9 May - Qələbə günü münasibətilə İkinci Dünya müharibəsi iştirakçıları ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb. 

News24.az-ın məlumatına görə, görüşdə Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğısı vurğulanıb. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi iqtiqamətində aparılan işlər, onların Prezidentin aylıq təqaüdü, həmçinin müavinət və pensiyalarla təmin edildikləri qeyd edilib. Ötən dövrdə İkinci Dünya müharibəsi əlillərinin də mənzil və avtomobillə təmin olunduqları da diqqətə çatdırılıb.

Dövlət başçısının 29 aprel 2021-ci il tarixli Sərəncamından bəhs olunub. Qeyd olunub ki, İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsini nəzərdə tutan həmin Sərəncam bu kateqoriyadan olan vətəndaşlara yüksək diqqət və qayğının növbəti nümunəsidir. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova keçdiyi döyüş yolundan danışıb, Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.