-
- 30-10-2018, 20:00
- 2 199
Əvvəl anoreksiya, indi isə piylənmə... - Dəbin bizə təlqin etdiyi bəlalar! MÜTƏXƏSSİSLƏR NƏ DEYİR?
Daha əvvəllər qadınların gözəllik meyarları fərqli olub. Belə ki, orta əsrlərdə artıq çəkili, orta boylu, iri baldırlı, enli çiyinli qadınlar daha gözəl və cazibədar hesab edilirdi. Heç təsadüfi deyil ki, məşhur rəssamların və şairlərin əsərlərində vəsf olunan qadınlar da hamısı artıq çəkili olublar.
Lakin zaman dəyişdikcə zövqlər də başqalaşıb. Müasir zamanda artıq çəkili insanlara nəinki gözəl, hətta həddən artıq çox yemək yeyən, tənbəl və eybəcər insan kimi bir yanaşma var. Artıq bütün dünyada qəbul olunan gözəllik standartları fərqlidir. Müsir dövrdə arıq, uzunboy, nazik ayaqlı qadınlar daha gözəl hesab edilirlər.
Lakin son zamanların trendinə çevrilmiş iri sinə və iri çanaq formalı bədən quruluşu bütün dünyada sürətlə yayılır. Həmçinin də iri bədən modellər daha çox göz önünə çəkilir.
Yəni dolayısı ilə kök insanlara öz bədənləri ilə barışıq yaşamaları, piylənmənin heç də pis bir şey olmadığı təbliğ edilir. Öz bədəni ilə barışıq yaşamaq heç də pis bir şey, lakin bu, sağlamlıq üçün heç bir təhlükə daşımırsa.
Dəb aləmində baş verən bütün bu dəyişikliklər təbii ki, izsiz ötüşmür. Bütün gün dəb kanallarını, sosial şəbəkələri izləyən yeniyetmələr hər gördüklərini özlərinə tətbiq etməyə və dəblə ayaqlaşmağa çalışırlar. Bu isə hələ formalaşmaqda olan insan psixologiyasında, o cümlədən də orqanizmdə öz mənfi izlərini qoyur.
Psixoloq Xatirə Səfərovanın məsələ ilə bağlı fikirlərini təqdim edirik:
-Daha əvvəllər dəb dünyasını 90-60-90 ölçülü modellər bəzəyirdi. Lakin son zamanlar artıq çəkili xanımların da podiuma çıxdığını, instaqram və digər sosial şəbəkələrdə çox populyar olduqlarını söyləmək olar. Nəzərə alsaq ki, yeniyetmələr özlərini daha çox kimi görürlərsə, onlara bənzətməyə çalışırlar, o zaman bu hal onlarda nə kimi psixoloji problemlər yaradır?
-Uşağın dünyaya gəldiyi ilk gündən bir insan kimi formalaşması 4 mərhələdən ibarətdir. 4-cü mərhələ yeniyetməlik dövrünə təsadüf edir ki, cinsi orqanların yetişdiyi bu dövrdə insan özünü tanıyır, kişi və ya qadın olduğunu dərk edir. İnsan bu dövrdə "mən kiməm?” sualına cavab axtarır. Cavabı isə insan, ətrafındakı insanlardan, davranışlardan, gördüklərindən və s. yığdığı materiallardan alır. Hazırda isə ətrafımızda illüziyadan ibarət yalan bir dünya formalaşıb. "Sosial şəbəkə” adlanan bu dünyadan bir çox müxtəlif məlumatlar əldə etmək mümkündür. Ancaq instaqramda insanların həyatı və xarici görünüşləri yer alır. Burda olan insanlar çox vaxt öz makiyajlarını, simalarını, bədənlərini, saçlarını və s. nümayiş etdirirlər. Məsələn: kifayət qədər çox izləyici kütləsi olan bir instaqram fenomeni çəkdiyi 20 şəkildən yalnız birini bəyənərək sosial şəbəkəyə yerləşdirir. Və yaxud da şəkil üzərində bəzi düzəlişlər etdikdən sonra onu paylaşır. Sosial şəbəkələrdə onları izləyən izləyicilərin hər birinin də öz bədənində bəyənmədiyi nöqtələr var. Əsasən də yeniyetmələr gördükləri obrazların ideal formada olmasından çox təsirlənirlər. Aydındır ki, yeniyetmə bir qız gördüyü obraza bənzəməyə çalışaraq özündən imtina edir. Bu səbəbdən də orqanizmdə bir sıra problemlər, anoreksiya, ruh düşkünlüyü, özünə qapanma kimi hallar tez-tez yaşanır. Gənc qızlar arıq qalmaq üçün ac qalırlar və ya yemək yeyərək sonradan özlərini qaytarmağa məcbur edirlər. Bu zaman psixoloji travmalar yaranır. Məqsəd isə şəxsin öz beynində yaratdığı obraza çatmaqdır. Uşaq vaxtlarında alınan bu tip psixoloji travmalar sonradan yetkinlik çağında bu cür problem şəklində geri qayıdır. Bu isə onların təhsilinə, ətrafdakı insanlarla və valideynlərlə münasibətlərinə, şəxsiyyətlərinin formalaşmasında heç də yaxşı təsir göstərmir.
-Sizə bu cür problemlərlə müraciət edirlərmi? Onların saylarında artım və ya azalma maşahidə olunurmu?
-Bəli, mənə çox belə müraciətlər olunur. Son dövrlərdə bu cür halların sayı artıb. Ümumiyyətlə yeniyetməlik insanın öz-özünü inkar etdiyi bir dövrdür, ən təhlükəli bir period hesab olunur. Təsadüfi deyil ki, intiharların da böyük bir qismi məhz yeniyetmə yaşlarında olan insanlar arasında yaşanır. Bu dövrdə cinsi orqanlar inkişaf edir. Uşaqlar artıq güzgüyə baxdıqda özlərini başqa cür, daha çirkin görürlər. Ona görə də rahat adlaması üçün yeniyetməlik dövrünə uşağı xüsusi olaraq hazırlamaq lazımdır. Yeniyetməlik əslində insanın bir şəxsiyyət kimi yenidən doğulması deməkdir.
-Yuxarıda sadalanan səbəblərdən yeniyetmələrdə fizioloji olaraq əsasən hansı problemlər üzə çıxır?
-Mənə müraciət edən qız uşaqları əsasən anoreksiyadan, oğlanlar isə əksinə bulemiyadan əziyyət çəkirlər. Bu problemlərdən xilas olmaq üçün isə diyetoloqla paralel işləmək tələb olunur. Anoreksiya halında deyil, ancaq bulemiya zamanı bu, cox işə yarayır. Həmçinin də bu zaman uşaqla yalnız psixoloq deyil, onun valideynləri, çevrəsində olan insanlar da kömək olmalıdırlar. Əgər vaxtında psixoloqa müraciət olunmasa, o zaman bu komplekslər depressiyaya o isə öz növbəsində sui-qəsdə qədər aparıb çıxara bilər. Yalnız bundan sonra müsbət nəticə əldə etmək mümkündür.
//Medicina.az