Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlandı
    • 8-05-2021, 16:41
    • 372

Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb,  çayxananın icarədarı və müştəriləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.