"Rus bölməsində ibtidai sinif müəllimi çatışmır" - Nazir
    • 8-05-2021, 17:19
    • 444

"Rus bölməsində ibtidai sinif müəllimi çatışmır" - Nazir

Təhsil naziri Emin Əmrullayev şagird sıxlığının daha çox rus bölməsində olduğunu deyib.

News24.az
-ın məlumatına görə, nazir bildirib ki, 20 şagirdin olması ideal sayılır, amma bəzən sinifdə 40 və daha artıq şagird olur: “Bakı məktəblərində yer problemi yoxdur, sadəcə valideynlər uşağının konkret məktəbin konkret müəlliminin sinfində oxumağını istədikdə, israr etdikdə şagird sayı artır. Rus bölməsində eyni zamanda ibtidai sinif müəllimləri ilə bağlı kadr çatışmazlığı da var, müəllimlərin işə qəbulunda ən çox axtarılan müəllimlər sırasında məhz həmin müəllimlər də var”.