Veteranları Təşkilatına avtomobil hədiyyə edildi - FOTO
    • 9-05-2021, 11:29
    • 364

Veteranları Təşkilatına avtomobil hədiyyə edildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib.

News24.az- ın məlumatına görə, 1941-1945-ci illər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil təqdim edilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov avtomobilin açarlarını Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təqdim edib. O, alman faşizmi üzərində Qələbənin əldə olunmasında xalqımızın misilsiz xidmətlərini qeyd edib. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində fəal dövlət siyasətinin formalaşdırlmasının təmin edildiyini vurğulayıb. V.Behbudov Prezident İlham Əliyevin müharibə veteranlarına xüsusi qayğısından bəhs edib. Bu kateqoriyalardan olan insanların sosial təminatlarının gücləndirilməsi sahəsində mühüm addımların atılığını diqqətə çatdırıb, veteranları 9 May-Qələbə günü münasibətilə təbrik edib.