-
- 9-05-2021, 14:33
- 697
Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı
Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən sonra Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması üzrə kompleks tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən News24.az-a verilən məlumata görə, bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Çıxışda hazırkı tədbirin milli dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsinə təsadüf etməsi ilə xüsusi əlamətdar olması qeyd olunub. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə ciddi önəm verən Dahi Öndərin diqqət və qayğısı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin böyük inkişaf yolu keçməsi, məhz onun müəyyən etdiyi milli sərhəd mühafizəsi konsepsiyasının Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında həyata keçirilməsinin hazırki xidməti nailiyyətlərin əsasını təşkil etməsi vurğulanıb.
Xalqımızın tarixində 9 may gününün İkinci Dünya müharibəsində faşizmin məğlub edilməsi, döyüş meydanlarında fədakarlqıla döyüşmüş yüz minlərlə Azərbaycan oğullarının ehtiramla yad edilməsi ilə də əlamətdar olması qeyd edilib.
Son iki ayda işğaldan azad edilmiş ərazilərimizdə 10 yeni hərbi hissənin açılışının baş tutması, bu hərbi hissənin də xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədlərinin mühafizəsi üçün böyük əhəmiyyət kəsb etməsi bildirilib.
Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissədə xidmətin təşkili üçün yaradılmış şəraitlə tanış olublar.
Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunublar.