-
- 31-10-2018, 10:15
- 1 085
Ermənilər bu kəndi niyə boşaldıb?- VİDEO
Ermənistanın sərhəd kəndlərinin son illərdə düşdüyü acınacaqlı vəziyyət əhalinin kütləvi köçü ilə müşayiət olunur.
NaxçıvanTV Culfa rayonunun Ləkətağ kəndi istiqamətində yerləşən Ermənistanın Arevis kəndinin görüntülərini yayıb. Xəbərdə bildirilir ki, Naxçıvanla həmsərhəd olan kəndlər uzaqdan sanki xarabalığı xatırladır. Artıq bu kəndləri taleyin ümidinə buraxan Ermənistan hökuməti, sanki, onları biryolluq unudub.
Kəndin küçələrindəki cığırları ot basıb. Yolların kələ-kötür, səliqəsiz relyefi, ümumiyyətlə, bura uzun illərdir insan ayağının dəymədiyini göstərir. Təmirsiz binalar, damları uçuq evlər, suya həsrət qalan dağılmış bulaq, yarıuçuq tikililər 21-ci əsrdəki erməni kəndlərinin real simasına çevrilib.
İnsansız küçələrdə arada gözə dəyən köhnə, nimdaş geyimli, kasıb ermənilərin üzlərində isə miskinlik və çarəsizlik var. Cansıxıcı Arevis kəndinin ərazisində dağılmış evlərin sayı abad binalardan dəfələrlə çoxdur.
//Qafqazinfo.az