Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttində hərəkət cədvəli yenilənəcək
    • 11-05-2021, 12:13
    • 514

Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttində hərəkət cədvəli yenilənəcək

"Azərbaycan Dəmir Yolları" QSC mayın 16-dan Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttində yeni hərəkət cədvəli tətbiq edəcək.

Bu barədə News24.az-a qurumdan bildirilib.

Məlumata görə, bu, Bakı-Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpa edilməsi ilə bağlıdır.