-
- 14-07-2018, 12:47
- 1 094
Hindistan hökumətinə çağırış: “Tac-Mahalı ya bərpa edin, ya da uçurun”
Hindistan Ali Məhkəməsinin hakimləri bildirib ki, Tac-Mahal bərpa olunmasa, hökuməti onu sökməyə məcbur edəcəklər.
Bu barədə “Hindustan Times” məlumat yayıb.
“Hər il Eyfel qülləsini 80 milyon insan ziyarət edir. Bu, ondan daha gözəl olan Tac-Mahalı ziyarət edənlərin sayından 8 dəfə çoxdur. Vəzifəli şəxslərin məsuliyyətsizliyi səbəbindən ölkəmiz valyuta itirir”, - deyə hakimlərdən biri vurğulayıb.
Hakimlər Hindistan hökumətinə ünvanladıqları məktubda problemin həlli ilə bağlı 3 variant təklif ediblər: Tac-Mahalın bağlanması, onun bərpa edilməsi və ya uçurulması.
Tac Mahal dünyanın yeddi möcüzəsindən biridir. Hər il bu tarixi-mədəni abidəni 200 min nəfərədə çox turist ziyarət edir. 1983-cü ildə Tac –Mahal YUNESKO-nun Ümumdünay mədəni irs siyahısına daxil edilib.
Təbrizdən gətirilən türk memarlarının yaratdığı bu tikili dünyanın ən gözəl, ən möhtəşəm türbəsi sayılır.
// Report