-
- 14-05-2021, 12:00
- 636
Putin Paşinyanla danışdı: Kremldən ciddi tələb
Rusiya prezidenti Vladimir Putinl' Ermənistanın Baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyan arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, danışıq zamanı Azərbaycan və Ermənistan arasındakı sərhəddəki vəziyyət müzakirə edilib.
Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisə ilə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin ilk növbədə atəşkəs rejiminə ciddi əməl olunması baxımından Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu il 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarına ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb.
Rusiya prezidenti vasitəçilik səylərini, eləcə də, İrəvan və Bakı ilə təmasları davam etdirməyə sadiq olduqlarını bir daha təsdiqləyib.