Tanınmış tele-aparıcı saxlanıldı
    • 31-10-2018, 12:41
    • 999

Tanınmış tele-aparıcı saxlanıldı

Türkiyənin tanınmış tele-aparıcısı Murat Başaran eks həyat yoldaşı Hande Bermeki ölümlə hədələməkdə və dostunu döyməkdə ittiham olunaraq nəzarətə alınıb.

News24.az Türkiyə mətbuatına istinadən xəbəb verir ki, hazırda Polis İdarəsində sorğusu davam edən Başoğlunun sonradan ədliyyəyə sövq edilməsi gözlənilir.
Qeyd edək ki, 50 yaşlı Murat Başoğlu ötən il qardaşı qızı 35 yaşlı Burcu Başoğlu ilə yaşadığı eşq skandalı ilə gündəmdə idi. Bu skandaldan dolayı aparıcı demək olar ki, bütün tanınmışlar tərəfindən qınaq obyektinə çevrilmişdi.

News24.az