-
- 14-05-2021, 14:38
- 493
“Yerevan administrasiyasına bu həqiqətləri qəbul etmələrini tövsiyə edirik” - XİN
“Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə edirik”.
News24.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Anadolu” agentliyinə açıqlamasında deyib.
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində sərhəd mühafizə sisteminin gücləndirilməsi istiqamətində addımlar atır: “Bu fəaliyyətlər xəritələrdən istifadə edilərək həyata keçirilir. SSRİ-nin dağılmasından sonra iki ölkənin müharibə səbəbindən sərhəd xətti olmayıb. İndi tərəflər arasında anlaşılmazlıqlarla müşayiət olunan qarışıq bir texniki proses var. Ermənistan tərəfinin təxribatçı açıqlamaları ölkədəki seçkiöncəsi vəziyyətlə bağlıdır”.
L.Abdullayeva bildirib ki, erməni siyasi və hərbi dairələri təşvişə düşməməlidirlər: “Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi gerçəklərini qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız şəkildə gərginləşdirməmələrini tövsiyə edirik.
Belə hadisələr hər iki tərəfin hərbi dairələri arasında qarşılıqlı təmaslar yolu ilə həllini tapa bilər və tapmalıdır”.