Məryəm Uzərli əməliyyat olunacaq
    • 31-10-2018, 14:25
    • 1 255

Məryəm Uzərli əməliyyat olunacaq

"Hürrəm" obrazı ilə dünya şöhrəti qazanan türk-alman aktrisası Məryəm Uzərli estetik əməliyyat etdirmədiyini dəfələrlə açıqlayıb.

News24.az Türkiyə mətbuatına istinadən bildirir ki, üzünə və dodaqlarına etdirdiyi silikon aşırı olunca yalanı ortaya çıxıb. Onun bu görkəmi sevənləri tərəfindən xoş qarşılanmayıb. Buna görə də dəfələrlə istər üz-üzə, istərsə də sosial şəbəkə hesablarından silikonlarını çıxartdırmağı məsləhət görüblər. Hətta bəzi türk estetik cərrahları ona "gəl, silikonlarını çıxardaq" - deyə, təkliflər də ediblər. Deyilənləri haqlı sayan Məryəm bu səbəbdən İstanbul - Nişantaşında klinikası olan məşhur cərrahların biri ilə razılığa gələrək, əməliyyatla silikonlardan qurtulmaq qərarına gəlib.

//News24.az