"Eurovision"ın açılış mərasimi baş tutdu
    • 17-05-2021, 13:02
    • 709

"Eurovision"ın açılış mərasimi baş tutdu

Niderlandın Rotterdam şəhərində "Eurovision 2021" beynəlxalq mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

News24.az xəbər verir ki, Nieve-Maas çayının sahilində təşkil olunmuş müsabiqəyə 39 ölkədən 34 nümayəndə heyəti qatılıb.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanla yanaşı, Rusiya, Litva, Almaniya, Sloveniya, Fransa, İtaliya, İspaniya, Şimali Makedoniya, Niderland, İsrail, Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Ukrayna, Estoniya, San-Marino, Çexiya, Yunanıstan, Avstriya, Gürcüstan, Moldava, Portuqaliya, Serbiya, Finlandiya, Albaniya, İsveçrə, Latviya, Bolqarıstan və Danimarka təmsilçiləri də iştirak ediblər.

Xatırladaq ki, müsabiqənin yarımfinalı mayın 18, 20-də, final isə mayın 22-ə keçiriləcək.