Bakıda 18 yaşlı dizayneri elektrik cərəyanı vuraraq öldürdü
    • 18-05-2021, 09:47
    • 688

Bakıda 18 yaşlı dizayneri elektrik cərəyanı vuraraq öldürdü

Mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə News24.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən dizayn studiyasında dizayner işləyən 2003-cü il təvəllüdlü Fuad Vahidli iş zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.