-
- 18-05-2021, 11:06
- 497
ADY: Bakı-Qəbələ qatarı üçün gediş haqqı müəyyən edilməyib
Mayın 15-də açılışı olan Bakı-Qəbələ dəmir yolu xətti üçün gediş haqqının məbləği koronavirus (COVID-19) pandemiyası başa çatanda və qatarla sərnişin daşımalarına başlanılanda məlum olacaq.
News24.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) mətbuat katibi Natəvan Bayramova bildirib.
“Pandemiya ilə əlaqədar Qatar hələlik sərnişinlərin istifadəsinə verilməyib. Çünki ölkədə regional və beynəlxalq sərnişindaşıma dayandırılıb. Odur ki, Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib. Pandemiya bitəndən sonra bu barədə həm internet səhifəmizdə, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik", - o deyib.