Azərbaycan "Eurovision"un finalında - VİDEO
    • 19-05-2021, 00:58
    • 477

Azərbaycan "Eurovision"un finalında - VİDEO

Azərbaycanın "Eurovision" təmsilçisi Efendi bu gün ilk yarımfilanda çıxış edib.

News24.az xəbər verir ki, "Mata Hari" mahnısı ilə 14 rəqəmi altında ifa edən ifaçı finala keçmə hüququ qazanıb. 

O, 22 may tarixində keçiriləcək yarışmanın finalında yenidən səhnəyə çıxacaq.

Qeyd edək ki, ölkəmizlə yanaşı musiqi yarışmasının finalında Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç,    Belçika və Ukrayna təmsilçiləri də çıxış edəcəklər.