-
- 31-10-2018, 16:55
- 1 156
Qanuni qətl nədir?- Kriptiya
Spartanın özünəməxsus qayda-qanunları olsa da elm, incəsənət və sənətkarlıq zəif inkişaf edirdi. Təsərrüfatla “İlot” adlanan qullar məşğul olurdu.
Ziyalı spartalı üçün bu məşğuliyyət biyabırçılıq sayılırdı. Əsl spartalının ən əsas məşğuliyyəti müharibə idi.
News24.az xəbər verir ki, qul ailəsində doğulmayan oğlan uşaqları,döyüşçü kimi yetişirdi. Onlar döyüşə bilmək üçün 7 yaşından xüsusi məktəblərə göndərilirdi.
Burada uşaqlara kişilik dərsi, böyüklərə hörmət öyrədilirdi. 12 yaşdan isə əsl hərb sənətinin sirləri öyrədilirdi. Belə ki, yeniyetmə spartalılar, qəddarlıq və insan öldürməyə hazırlanırdı. Yeni döyüşçülərin ilk qurbanları qullar, yəni ilotlar olurdu. Qullara hücum etmək Kriptiya adlanırdı. Qeyd edək ki, bu qətlin qanuni əsasları vardı.
Spartanın yüksək məhkəmə hakimiyyəti qullara qarşı müharibə elan edirdi. Gənc döyüşçülər istədikləri vaxt qarşılarına çıxan qulları evlərində, əkin sahələrində qətlə yetirirdilər. Qurbanına səssiz-səssiz yaxınlaşıb onu öldürmək böyük məharət hesab olunurdu və çox qürurverici hesab olunurdu.
Spartalılar əsasən gənc qulları öldürürdülər. Çünki gənc və sağlam qullar Spartada üsyan qaldıra bilərdilər.
Spartada qullarasilah gəzdirmək qadağan edilsə də, bəzi qullar bu qadağaya əməl etməyib hücüm edəndöyüşçülərə müqavimət göstərirdilər. Belə hallarda spartalı döyüşçü ölən zaman onun yaxın qulun yaşadığı kəndin bütün əhalisini öldürərdi.
Kriptiyanın məqsədi təkcə cavanlara öldürməyi öyrətmək deyil, həmçinin, ilotların qorxutmaq idi. Spartalılar bununla özlərini qulların üsyanından sığorta edirdilər.
Qanuni qətl Spartanın bütün tarixi boyunca davam edib. Bu qəddar adət Roma Yunanıstanı zəbt etdikdən sonra başa çatıb.
Şəlalə Ağayeva