Hadisə fanatını həbs etdirir
    • 31-10-2018, 17:07
    • 852

Hadisə fanatını həbs etdirir

Müğənni Hadisənin evinin yerləşdiyi lüks yaşayış massivinin tikanlı məftillərini aşaraq girmək istəyərkən yaxalanan fanatı haqqında "İnsanların rahatlığını pozmaq" cinayətindən tutulma qərarı çıxarılıb.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə Hadisənin də növbəti iclasda iştirak etməsinə qərar verib.
Hadisənin fanatı olan Serhat adlı şəxs ötən ilin oktyabr ayında məşhur müğənninin evinin yerləşdiyi İstinyedəki super lüks yaşayəş massivinə girmək istəyərkən yaxalanmışdı. Massivin təhlükəsizlik əməkdaşları tərəfindən yaxalanan fanata 3 aydan 1 ilə qədər həbs cəzası tələbi ilə cinayət işi açılmışdı. Hadisənin şikayətçi olduğu iddiaya bu gün İstanbul Tənəkliyə Cəza Məhkəməsində baxılmasına davam etdirilib. Hadisənin vəkilinin iştirak etdiyi iclasa müqəssir qatılmayıb. Hadisənin vəkili iddiaları dəstəklədiyini ifadə edərək, müttəhimin cəzalandırılmasının lazım olduğunu bildirib.
Məhkəmə, məhkəmə iclaslara qatılmayan və təlimatla da ifadə verməyən müqəssir Sərhəd O. haqqında yaxalama qərarı çıxarıb. Hadisənin növbəti iclasda hazır edilməsinə də qərar verən məhkəmə iclası təxirə saldı.
Müğənni Hadisə şikayətində Serhat üçün "etdiyi çox şey dəhşətlidir" - deyə, ifadə verib.

News24.az