Lüks həyat yaşayan bacısı oğlunu öldürdü
    • 9-03-2019, 22:05
    • 1 041

Lüks həyat yaşayan bacısı oğlunu öldürdü

Türkiyənin Bursa şəhərində iş adamı həyat yoldaşıyla mobillə danışarkən şəxsi avtomobilində güllələnərək öldürülüb.

News24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin törədən iş adamı Fatih Kahramanın doğma dayısı Yılmaz Sevinc olub.

Y. Sevincin polisə verdiyi ifadə hər kəsi heyrətləndirib. O, bacısı oğlunu lüks həyat yaşadığına görə öldürdüyünü etiraf edib: 
"Fatih lüks içərisində yaşayırdı. Biz də onun yanında işləyirdik. Uşaqlarımızın təhsil xərclərini ödəməkdə çətinlik çəkirdik. Dəfələrlə dükanları mənə həvalə etməsini dedim. O, məni eşitmədi, mən də onu güllələdim".

Bacısı oğlunu qətlə yetirən dayı məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.