Azərbaycanda daha 339 nəfər koronavirusa yoluxdu
    • 19-05-2021, 16:37
    • 554

Azərbaycanda daha 339 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 040 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 317 609 nəfər müalicə olunaraq sağalıb, 4 814 nəfər vəfat edib. 8 617 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 568, bu günə qədər isə ümumilikdə 3 414 614 test icra olunub.