Bakıda sərnişin avtobusu qəzaya düşdü
    • 19-05-2021, 18:56
    • 364

Bakıda sərnişin avtobusu qəzaya düşdü

Bakıda yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobillə “BakuBus” MMC-nin istismarında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə “Iveco” markalı sərnişin avtobusu toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. /Report/