"BakuBus"un avtobusu ağaca çırpılıb, xəsarət ALANLAR VAR
    • 19-04-2021, 11:19
    • 333

"BakuBus"un avtobusu ağaca çırpılıb, xəsarət ALANLAR VAR

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb. Belə ki, "BakuBus" MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib. /report.az