Alsu xəstə qızı sevindirib
    • 31-10-2018, 18:52
    • 1 435

Alsu xəstə qızı sevindirib

35 yaşlı rus müğənnisi Alsu ağır xəstə olan azyaşlı qız fanatının arzunu yerinə yetirməsi üçün kömək edib.

News24.az xəbər verir ki, bu məqsədlə müğənni qızı öz səsyazma studiyasına dəvət edib. 
Müğənninin arzusunu reallaşdırdığı balaca Janna Rusiyanın Çeboksarı şəhərində yaşayır. Janna dayaq-hərəkət aparatının ağır pozulmasından əziyyət çəkir. O, Alsunun yaradıcılığının böyük pərəstişkarı olduğu üçün şəxsən müğənni ilə görüşmək arzusunda olub. Alsu öz növbəsində Jannanın bu istəyinə laqeyd qalmayıb. Balaca fanatın arzusunu reallaşdırması üçün "Подарок Ангелу" xeyriyyə fondu Alsu ilə əlaqə saxlayıb. Alsu da öz növbəsində Jannanın arzusunu reallaşdırmağa razılıq verib. Janna ilə görüşən müğənni onun üçün ekskursiya təşkil edib. Eləcə də onun üçün mahnılarını ifa edib. Janna da öz növbəsində hər mahnını topla rəqs edib.  
Xəstəli ucbatından çətin hərəkət etməsinə baxmayaraq, Janna rəqslə məşğuldur.
Çoxuşaqlı ana olan Alsu tez-tez müxtəlif xeyriyyə tədbirlərində iştirak edir, eləcə də ehtiyacı olanlara iri məbləğdə pul hesabı ilə köməklik göstərir.