Rusiyada polislər həmkarlarını zorladılar - VİDEO
    • 1-11-2018, 10:05
    • 736

Rusiyada polislər həmkarlarını zorladılar - VİDEO

Rusiyada qadın polis əməkdaşının kişi həmkarları tərəfindən zorlanmasının təfərrüatı məlum olub.

Polis zabitlərindən biri qadını otağına çağırıb.

O isə rütbəcə özündən böyük olan zabitin göstərişini yerinə yetirməyə məcbur olub. Qadın otağa daxil olanda, orada üç zabitin spirtli içki qəbul etdiyini görüb.

Bildirilir ki, zabitlər qadını axşamdan səhərədək zorlayıblar.

O da məlum olub ki, zərərçəkmiş qadın Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri komandanının qızıdır.