Sərxoş kişi hamilə qadını döyüb xəstəxanalıq etdi - VIDEO
    • 15-11-2019, 17:52
    • 909

Sərxoş kişi hamilə qadını döyüb xəstəxanalıq etdi - VIDEO

Kişi hamilə qadın huşunu itirənə qədər döyüb.

News24.az xəbər verir ki, Rusiya DİN-in məlumatına görə, Moskvada tramvayda sərxoş kişi qadını döyüb.
"Tramvayda olan sərxoş naməlum şəxs heç bir səbəb olmadan hamilə qadını döyüb. Nəticədə qadın huşunu itirərək yıxılıb", - deyə Moskva polisinin açıqlamasında bildirilir. Qadın vətəndaşların köməyi ilə xəstəxanaya çatdırılıb.

Artıq 41 yaşlı şübhəli saxlanılıb. Ona qarşı "sağlamlığa zərər vermə" maddəsi ilə cinayət işi başlanılıb, yaşayış yerini tərk etməmək barədə iltizam alınıb. //Bizimyol.info