Speys TV-nin yeni rəhbərindən ilk açıqlama
    • 22-05-2021, 10:36
    • 671

Speys TV-nin yeni rəhbərindən ilk açıqlama

Hələlik kanalın imkanları qiymətləndirilir.

Bu sözləri açıqlamasında bir neçə gün öncə Speys TV-yə rəhbər təyin olunan Müşfiq Hətəmov deyib.
O bildirib ki, qiymətləndirmə aparıldıqdan sonra, qarşıdakı aylarda kanal barədə danışmaq mümkün olacaq.

Qeyd edək ki, M. Hətəmova qədər Ülviyyə Mikayılova Speys TV-yə rəhbər təyin edilmişdi. O, kanalın kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Ü.Mikayılovanın TV-yə rəhbərlikdən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərin olması göstərilmişdi./Axar/az/