-
- 15-02-2021, 14:04
- 635
"Xəbər doğru deyil, Sevil Əliyeva ilə dəqiqləşdirdim" - BAŞ REDAKTOR
"Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayev "Space TV"-yə yeni rəhbər təyin olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
News24.az xəbər verir ki, jurnalist yeni təyinatla bağlı kanalın təsisçisi Sevil Əliyeva ilə əlaqə saxlayıb. Məlum olub ki, sözügedən televiziyanın yeni rəhbəri Kamil Şahverdiyev deyil: "Kamil Şahverdiyevin "Space" telekanalının rəhbəri təyin edilməsi barəsində yayılmış məlumat həqiqətə uyğun deyil. Bir müddət öncə, kanalın sahibi hörmətli Sevil xanım Əliyevadan dəqiqləşdirdim".
Qeyd edək ki, bir qədər əvvəl "Space TV"yə yeni rəhbərin məhz Kamil Şahverdiyevin təyin olunma xəbəri yayılıb.
Sevda Bayramova