Nikol Qaragölə görə TŞ-ni yenə topladı
    • 22-05-2021, 12:22
    • 581

Nikol Qaragölə görə TŞ-ni yenə topladı

Ermənistan Təhlükəsizlik Şurasının növbəti iclası baş tutub.

Bu məlumatı Ermənistan TŞ-nin mətbuat xidməti yayıb.
Baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda Ermənistan-Azərbaycan sərhədindəki situasiya, onun nizamlanma prosesi və gələcək addımlar müzakirə edilib.
Qeyd edək ki, bundan öncə Ermənistan TŞ eyni mövzu ilə bağlı iki dəfə toplanıb./Axar.az/