Ermənistanda koronavirusdan ölənlərin sayı yenə artdı
    • 23-05-2021, 11:42
    • 351

Ermənistanda koronavirusdan ölənlərin sayı yenə artdı

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 68 yoluxma halı qeydə alınıb.
 
News24.az “sputnik. am”a istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 221 948 nəfərə çatıb.
 
Son sutka ərzində 6 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 392 nəfərə çatıb.