Bu şəhid övladlarının da xərcləri qarşılandı - Fotolar
    • 23-05-2021, 16:21
    • 547

Bu şəhid övladlarının da xərcləri qarşılandı - Fotolar


Bu şəhid övladlarının da xərcləri qarşılandı

"YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, şəhidimiz Emin Mahmudovun Tovuz şəhərində doğulan övladı Zeynəbin, digər şəhidimiz İlqar Zeynalovun Biləsuvar şəhərində doğulan övladı İlqarın, həmçinin şəhidimiz Qərib Bəxşəliyevin Bakı şəhərində doğulan övladı Cənnətin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

Həmin məqsədlə analara 1000 AZN təqdim olunub. Dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə bu keçiddən - https://yashat.gov.az/report/tableau  tanış olmaq olar. Həmçinin fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.