Özbəkistan nümayəndə heyəti “ASAN xidmət”də
    • 24-05-2021, 12:00
    • 385

Özbəkistan nümayəndə heyəti “ASAN xidmət”də

21 may 2021-ci il tarixində Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

News24.az xəbər verir ki, qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 44 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Özbəkistan nümayəndə heyətinin rəhbəri Azərbaycan və Özbəkistan arasında korrupsiyaya qarşı mübarizə və dövlət xidmətlərinin göstərilməsi sahələrində mövcud olan əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Eyni zamanda dövlət idarəçiliyi sahəsində ölkəmizin qabaqcıl “ASAN xidmət” təcrübəsinin Özbəkistanda tətbiqinin önəmindən bəhs edib. 

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar  ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.