Namiq Qaraçuxurluya qarşı DƏLƏDUZLUQ - FOTO
    • 25-05-2021, 10:42
    • 402

Namiq Qaraçuxurluya qarşı DƏLƏDUZLUQ - FOTO

Meyxanaçı Namiq Qaraçuxurlu dələduzların qurbanı olub.

News24.az xəbər verir ki, bu haqda sənətçi "İnstagram"da özü məlumat verib: "Sizdən bir xahişim var: Bu, səhifə guya mal sifarişi ilə məşğuldur. Əslində isə işi dələduzluqdur. Mal sifariş verirsən, pul kartına oturur və adam yoxa çıxır. Azərbaycanda bu səhifənin qurbanı olan, içi mən qarışıq çox insanlar var. Başqalarının da zərər görməməsi üçün birləşib bu səhifəni şikayət edib bağlatdırmaq lazımdır. Ümid edirəm ki, bu dələduzun dərsini verə biləcəyik".