Qadın müəllimə qız şagirdi ilə yatdı, həbs olundu - FOTO
    • 1-11-2018, 14:25
    • 1 377

Qadın müəllimə qız şagirdi ilə yatdı, həbs olundu - FOTO

ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhərindəki məktəblərin birində şagirdi ilə əxlaqsızlıq edən müəllimə saxlanılıb.

News24.az xəbər verir ki, 26 yaşlı qadın müəllimə Ceniffer Valş,  qız şagirdi ilə  məcburi intim münasibətdə olub. 12 yaşlı qızında problemlər  olduğunu hiss edən valideyinlər onunla danışan zaman müəlliməsi tərəfindən təcavüz olunduğunu bilib.
 
Qadının şəxsi telefonu, komputeri və sənədləri yoxlanılmaq üçün polislər tərəfindən götürülüb. Saxlanılan Ceniffer Valş, etdiklərini boynuna alıb və bir neçə aydır bunu etdiyini deyib. Ardından sözügedən qadın həbs olunub.

Qeyd edək ki, şagirdin yaşı 18-dən az olduğuna görə adı açıqlanmayıb.

Şəlalə Ağayeva