Ceyhun Bayramov onunla görüşdü
    • 26-05-2021, 19:32
    • 718

Ceyhun Bayramov onunla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya səfəri çərçivəsində avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.

News24.az-ın xəbərinə görə, bu barədə nazir Ceyhun Bayramov “Twitter”də bildirib.

Nazirin sözlərinə görə, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi, COVID-19 pandemiyasına dair geniş miqyaslı suallar müzakirə olunub.
“Münaqişədən sonrakı vəziyyət, azad edilən ərazilərdə davam edən reabilitasiya və yenidənqurma layihələri ilə bağlı Avstriya xarici işlər naziri Şallenberqə məlumat verdim”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.