Ərdoğan bu tarixdə Şuşaya gedəcək
    • 27-05-2021, 15:37
    • 542

Ərdoğan bu tarixdə Şuşaya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycana səfəri gözlənilir.

News24.az
xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” agentliyinə Bakıdakı diplomatik mənbələrdən məlumat verilib.

“İyunun 16-sı isə Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa şəhərinə səfəri gözlənilir”,- deyə məlumatda qeyd olunub.
Mənbə, Ərdoğanın Şuşaya səfəri zamanı burada məktəb təməlqoyma mərasiminin keçirilməsinin planlaşdırıldığını da açıqlayıb.

Ərdoğanın Bakı və Şuşaya iddia olunan səfəri rəsmi mənbələr tərəfindən hələ ki, təsdiqlənməyib.