"Pərvin Abıyevaya nifrət edirəm" - Xalq artistindən ŞOK SÖZLƏR - VİDEO
    • 27-05-2021, 17:45
    • 777

"Pərvin Abıyevaya nifrət edirəm" - Xalq artistindən ŞOK SÖZLƏR - VİDEO

Aktrisa Pərvin Abıyeva "Senzurasız ShowNews" verilişinin qonağı olub. 

News24.az xəbər verir ki, aktrisa bir sıra çətin suallara cavab verib. O, eşq həyatından tutmuş LGBT mövzusunda bir sıra sualları cavablandırıb. 

Ailə qurmamasından danışan Pərvin günahı özündə görüb: "Xasiyyətim ağırdı, tələblərim çoxdu. Qarşı tərəfdən düzgünlük tələb edirəm, bütün kişilərin problemi budur, düzgün ola bilmirlər. Məndən nə isə gizlənəndə onu qurcalayıram. Bəzən fikirləşirəm ki, cütlüklər necə xoşbəxt ola bilir. Yəqin ki, qız dərinə getmir, araşdırmır. Mimikasından və səs telindən tuturam, axıra qədər gedirəm və yalanını tuturam. Ailə qurmağıma sənətim də mane oldu. Qınamıram da, Azərbaycan mentaliteti var, gənclərimizin dilində yalandan olsa da, böyük nəsillərdə mentalitet hələ də yaşayır. Ata-ana istəmir ki, gəlini məşhur bir aktrisa olsun".

Aktrisanı təəccübləndirən məqamlardan biri də məşhur Xalq artistinin verilişin aparıcısı İsa Şükürova açıq profildən "Pərvin Abıyevaya nifrət edirəm" deyə, yazdığı mesaj olub.