Avtomobil təmiri sexi yandı
    • 28-05-2021, 09:17
    • 378

Avtomobil təmiri sexi yandı

Bakıda avtomobil təmiri sexində yanğın hadisəsi olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 90 m² olan bir dam altında tikilən avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.