Mağaza sahibindən soyan şəxs SAXLANILDI
    • 28-05-2021, 11:42
    • 284

Mağaza sahibindən soyan şəxs SAXLANILDI

Bakıxanov qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsi ərazisindəki mağazaların birində oranın sahibindən soyğunçuluq yolu ilə 4060 manat pul, 200 manat dəyərində danışıq kartları və hesabında 360 manat pul olan bank kartını talamaqda şübhəli bilinən S.Məmmədov saxlanılıb.