Şəmkirdə mağazadan 2 600 manatlıq oğurluq edildi
    • 28-12-2020, 11:09
    • 441

Şəmkirdə mağazadan 2 600 manatlıq oğurluq edildi

Şəmkirdə mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Şəmkir rayonunun Dəllər dəmir yolu stansiyasının ərazisindəki mağazaların birindən 550 manat pul, 1 326 manat dəyərində danışıq kartları, 720 manat dəyərində tütün məmulatı və mobil telefon oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri R.Abbasov və E.İsmayılov saxlanılıblar.