Yardımlıda 1 yaşlı körpə quyuya düşərək öldü
    • 28-05-2021, 14:55
    • 450

Yardımlıda 1 yaşlı körpə quyuya düşərək öldü

Yardımlı rayonunda dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, rayonun Vərgədüz kənd sakini 1 yaşlı Nəriman Tağılı yaşadığı evin həyətində quyuya düşərək vəfat edib.

Hadisə zamanı körpənin nəzarətsiz qaldığı bildirilir.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır. /Report/