-
- 29-05-2021, 10:28
- 491
Manatın dövretmə sürəti AZALDI
Bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,6 bənd təşkil edib.
News24.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,12 bənd az, yanvarın 1-nə nisbətən 0,03 bənd çox, ötən il mayın 1-i ilə müqayisədə isə 0,48 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.