Sərdar Ortaç: "Elnarə çağırsa, qaça-qaça gələrəm" - VİDEO
    • 31-05-2021, 12:54
    • 476

Sərdar Ortaç: "Elnarə çağırsa, qaça-qaça gələrəm" - VİDEO

Türkiyəli müğənnilər Sərdar Ortaç və Seçil Gür Bakının qonağı olub. Sənətçilər paytaxtda konsert proqramı ilə çıxış ediblər. Onlar ən sevilən mahnılarını dinləyicilər üçün səsləndiriblər.

Həmin rəngarəng gecənin özəl açıqlamalarını News24.az sizlərə təqdim edir.

Azərbaycanla bağlı təəssüratlarını bizlərlə bölüşən cütlük ölkəmizə və xalqımıza olan sevgilərindən ağızdolusu danışıblar.
Qeyd edək ki, bu, Sərdar Ortaçın Bakıya onuncu səfəridir. Amma Seçil Gür isə  ilk dəfədir ki, paytaxtımızda qonaq olub.

Sənətçilərlə çox mövzuda danışdıq. Hətta söhbət zamanı Sərdar Ortaç saytımız vasitəsilə Əməkdar artist Elnarə Abdullayevaya da səsləndi.
Nə dedi, nə ismarıc yolladı, bax, bunu News24.az-ın sizlər üçün hazırladığı özəl süjetdə biləcəksiniz.

Sevda Bayramova
VİDEO: Fərid Şabanov