"Onu çox sevdim amma..." - SƏRDAR ORTAC
    • 20-07-2020, 16:37
    • 799

"Onu çox sevdim amma..." - SƏRDAR ORTAC

Müğənni Sərdar Ortaç "YouTube"da Gökhan Çınarın aparıcısı olduğu "Katarsis" proqramının qonağı olub.

News24.az xəbər verir ki, ifaçı proqram əsnasında cavanlıqda həbsə girdiyini etiraf edib: "Məşhurluğumun dördüncü ilini yaşayırdım və həbs olundum. Təqribi 60 gündən sonra azadlığa buraxıldım və düşündüm ki, məni bundan sonra heç nə yıxa bilməz. O, müddət mənim üçün çox böyük təcrübə oldu. Məsələn, həbsdə yerləri silirəm bu yandan da dustaqlardan biri qışqıra-qışqıra deyir ki, "Sərdar bir dənə "Qara bibərim"i oxu dinləyək".

Sərdar ən böyük peşmanlığının qumar olduğunu da gizlətməyib: "Həyatımın ən böyük səhvi qumar oynamağım oldu. Pulumu, sağlamlığımı hər şeyimi itirdim. Bir daha dünyaya gəlsəydim heç vaxt qumar oynamazdım".

Sevgidən söz açan müğənni "Artıq bir daha aşiq olmayacam. Hisslərim sıfır... Bədbəxtliyimi kiməsə bulaşdırıb, onun ahını ala bilmərəm. Heç vaxt xoşbəxt olmadım. Ən xoşbəxt günümdə belə içimdə bir qəmginlik var idi. Həyat yolduşamı çox sevmişdim, amma ayırlanda təşəkkürümü bildirdim".

Sevda Bayramova